"Eurovision 2021" beynəlxalq mahnı müsabiqəsinin Hollandiyanın Rotterdam şəhərində keçiriləcəyi təsdiqlənib.
Axin.az xəbər verir ki, bu barədə "Europe Shine A Light" şousu zamanı məlumat verilib.
Şouda yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021" loqotipi ilə videoçarx da nümayiş etdiriblər.
Qeyd edək ki, bu il keçirilməsi planlaşdırılan müsabiqə koronovirus pandemiyasına görə təxirə salınıb. Ötən gün isə dünyanın 46 ölkəsində, o cümlədən Azərbaycanda xüsusi televiziya şousu nümayiş etdirilib. “Europe Shine A Light” adlı proqramda müsabiqə iştirakçıları çıxış edib. Azərbaycanı müğənni Samirə Əfəndi “Cleopatra” mahnısı ilə təmsil edib.