Axin.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bacısı Fədayə Laçının Tacir Şahmalıoğlu ilə işbirliyindən danışan ifaçı onun ünvanına sərt fikirlər səsləndirib: “Fədayənin Tacirlə bir araya gəlməsini istəmirdim. Amma duet oxudular. Xasiyyəti bizim ailəyə uyğun deyil. Bacım həbsdə olanda çıxdı iyrənc açıqlamalar verdi.
Sonra deyir bacısı qoymadı Fədayənin yanına gedim. Mən niyə qoymadım? İnsanın bir sifəti olar, əqidəsi olar Ona görə də həmin adamdan xoşum gəlmir. Sevmirəm onu, Azərbaycanla, gördüyümüz tərbiyyə, adət-ənənələr ilə uyğun biri deyil”.
İlahə Tacirin yeni doğulan övladı ilə efirlərə qatılmasına da iradını bildirib: “Biz tərəfdə 40-45 yaşlı kişilər atalarının yanında övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən? Xasiyyəti də yoxdur”.