Aparıcı Zaur Baxşəliyev oğlu Davudla yeni fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, aparıcı sözügedən şəkli sosial media səhifəsində yayımlayıb. O, paylaşımına "Davudla hər birinizi salamlayırıq" qısa şərhini yazıb.
Baxşəliyevin bu paylaşımı izləyicilərinin ürəyincə olub. Hətta məşhur simalar Zaurun oğlu Davudun ünvanına xoş sözlər yazıblar. Həmin tanınmışlar arasında müğənnilər Sevda Yahyayeva, Xatirə İslam, Gülay Zeynallı yer alıb.