Bir müddət öncə aktrisa Pərvinin Abıyvanın şalvarının əyninə boş olması ilə bağlı xəbər gündəmi zəbt etmişdi. Lakin bu dəfə "boş" şalvar geyinməklə xarici model diqqətləri üzərinə cəlb edib.
Axin.az "Daily Star"a istinadən xəbər verir ki, model Liliya Ueddellin "Asos" markasının geyimində çəkdirdiyi foto şirkətin "İnstagram" səhifəsində paylaşılıb.
Daha bir modelin "şalvarı boş oldu" - FOTOŞalvarı əynindən "sürüşən" model gözəlliyi ilə izləyiciləri heyran edib, lakin onun geyimi bir çoxları tərəfindən bəyənilməyib.
"Şalvarın niyə budunadək sürüşüb?", "Şalvarını çək, okey?", "Bu şəkil mənə çatmır", "Bağışlayın, amma belə sizə soyuq dəyəcək" kimi şərhlər yazanlar olub.
Buna baxmayaraq, paylaşım 20 mindən çox "ürək" toplayıb.
Yeni tərzdə geyim digər modellər arasında da dəbdə olduğu vurğulanır.