Bakı Dövlət Universitetinin müəllimi hər tələbədən üç-beş min manat tələb edir - İDDİA + AUDİO

Bakı Dövlət Universitetinin müəllimi hər tələbədən üç-beş min manat tələb edir - İDDİA + AUDİO


Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.

Oxu.Az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib.
Tələbələr redaksiyamıza müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ciddi araşdırılır:

"Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”./oxu

Bizimlə əlaqə saxlayın