axin.az

SON DƏQİQƏ

Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat pul ayırdı - SƏRƏNCAM

19-07-2021, 15:31



Prezident İlham Əliyev Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərancama əsasən, yeddi min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA