axin.az

SON DƏQİQƏ

İlham Əliyev İtaliya şirkətlərinin azad olunmuş torpaqlarda fəaliyyətindən danışdı

12-06-2021, 14:34



İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır.

Bunu Prezident İlham Əliyev İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən bildirib.

İlham Əliyev qeyd edib ki, bu layihələr sırasında Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var:

“Enerji sektorunda artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz sadəcə kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ağustos 2021    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA