axin.az

SON DƏQİQƏ

Koronavirusun “delta variantı” yayılmağa başlayıb

12-06-2021, 12:18



İngiltərədə yeni koronavirus xəstələrinin böyük əksəriyyəti “delta variantı” olaraq bilinən “Hindistan ştammı”na yoluxub.

Bu barədə “The Telegraph” Böyük Brityaniya Səhiyyə Nazirliyinin rəhbəri Mett Henkoka istinadən xəbər verib.

Nazirin sözlərinə görə, xəstələrin 91 faizində koronovirusun yeni növü müəyyən olunub.

Bildirilir ki, COVID-19-a yoluxmalar İngiltərənin bütün bölgələrində, xüsusilə də ölkənin şimal-qərbində kəskin şəkildə artıb. Bununla belə, xəstəxanaya yerləşdirmə sayı ümumilikdə azdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluqe isə “delta” mutasiyasının Avropada yayıldığı barədə xəbərdarlıq edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA