Axın.az saytı “Xızır Baba”layihəsinin təsisçisi Vəfadar Babayev ilə olan müsahibəni təqdim edir.
“Xızır Baba” ideyası necə yarandı ?
-Əksəriyyətimiz uşaq olarkən Şaxta Babaya inanırdıq.Xüsusilə qərb ölkələrində Yeni il ərəfəsində balacalar öz arzularını məktuba yazaraq ondan müxtəlif hədiyyələr istəyir.Səhifəni yaradarkən düşündüm niyədə bizim öz milli babamız olmasın.Ona görə də layihənin adını “Xızır Baba” qoymaq qərarına gəldim.Xızır Baba türk islam coğrafiyasında hamıya xüsusilə də uşaqlara kömək edən,onların arzularını realaşdıran personajdır.Biz bu işə başlayanda hədəf olaraq 5-15 yaş kateqoriyası uşaqları seçdik.Çünki 5 yaşlı uşaqlar heç kimin müdaxiləsi olmadan öz fikirlərini ifadə edə bilir.
Bu ideyaya başlayanda hansı bariyerlərlə qarşılaşmısız?
-İlk olaraq ideyanı tanışlarıma deyəndə bəziləri bunu mənfəət üçün etdiyimi fikirləşirdilər.Ruhdan salmaq istəyənlər də oldu,lakin bir şeyi etməyə qərar verəndə qarşıma çıxan bütün çətinlikləri öz inancımla,dostlarımın dəstəyi ilə dəf etməyi bacarıram.Düşünürəm ki,insanın sağlam düşüncəsi və motivasiyası olsa həll edə bilməyəcəyi heç bir iş yoxdur.
Müraciətlər hansı formada olur?
-Uşaqların valideynləri sosial şəbəkədə bizim facebook səhifəmizə uşaqlarının yazdığı məktubları göndərirlər.Sosial şəbəkədə olmayan uşaqların valideynləri məktəb müəllimləri vasitəsilə bizlə əlaqə yaradırlar.Bəzi müəllimlər qrupunda bizlər elan paylaşırıq,kimin sinifində köməyə ehtiyacı olan şagird varsa,bizə yönləndirsin.
Sizin bu təşəbbüsünüzə qoşulub maddi cəhətdən yardım edənlər olubmu?
-Təbii ki,statusundan asılı olmayaraq bir çox insanlar səsimizə səs verir və əllərindən gələn yardımı əsirgəmirlər.Onlar edəcəkləri yardımın anonimliyini qoruyub saxlamağımızı bizdən xahiş edirlər.Biz yardım göstərənlərlə ehtiyacı olanlar arasında vasitəçilik, bir növ körpü missiyasını həyata keçiririk.Bəziləri pul bəziləri isə əşya olaraq ianələr edir.Pul formasında edilən yardımın qəbzini feysbuk səhifəsində yayımlayırıq ki,şəffaflıq olsun.Nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində yaşayan həmyerlilərimiz uşaqlara dəstək olur.Yardım etdiyimiz balacaların hər birisinin öz “Xızır Baba”ları var.
Eşitdiyimizə görə “Xızır Baba” layihəsi çərçivəsində nəinki uşaqlara hətta abituriyent və tələblərə də köməklik göstərirsiniz.Təqaüd proqramı necə həyata keçirilir?
-Təqaüd proqramı maddi cəhətdən vəziyyəti ağır olan abituriyentləri və tələbələri əhatə edir.Onlar öncədən CV şəklində özləri haqqında məlumatı bizə yollayırlar.Mərhələli müsabiqə şəklində seçim aparılır.İştirakçılar maksimum 100 bala kimi qiymətləndirir.
Onların orta qiymət göstəriciləri,şəxsi bacarıq və keyfiyyətləri nəzərə alınır.Kimin gücü nəyə çatırsa ianə edir və yenə qəbz şəkilində anonim olaraq səhifədə paylaşılır.Hətta tələbələr belə ianə edirlər.Seçilən 50 adam təhsil müddətincə təqaüd proqramından yararlanır.Məqsədimiz cəmiyyət üçün daha yararlı və savadlı kadrlar yetişdirməkdir.
Pandemiya və müharibə dövründə sosial şəbəkədə yaratdığınız “Kişilər Klubu” kifayət qədər nümunəvi addımlarıyla cəmiyyət üçün güzgü oldu.Yardım etdiyiniz insanlar içində təsirlədiyiniz məqamlarla rastlaşıbsızmı?
-Bəli olub.Pandemiya zamanı yardım etdiyimiz bir ailənin həyat şəraiti olduqca acınacaqlı idi.Ana və iki azyaşlı uşağı elektrik enerjisi olmayan balaca bir daxmada ölüm dirim savaşı verirdilər. Ananın üzərinə neft lampası aşması nəticəsində müxtəlif dərəcədə yanıq xəsarətləri almışdı.Ona görə də 6 yaşlı məktəbli işləyib,həm yataq xəstəsi anasına həm də qardaşına baxmaq məcburiyyətində idi.Onların şəraitini yaxşılaşdırmaq üçün əlimizdən gələni etdilər.
Vəfadar bəy sizcə cəmiyyət üçün ən qlobal problem nədir?
-Düşünürəm ki, ən ciddi problem empatiya əskikliyidir.Düzdür, son illərdə müsbət mənada bir çox dəyişiklər nəzərə çarpır.Bizim məqsədimiz hərkəsi bir yumruq altında birləşdirib,yardımlaşmaq keyfiyyətini cəmiyyətin hər bir fərdinə aşılamaqdır.
İsmayıl Zaman