Ukrayna Baş Prokurorluğu Azərbaycan səfirinin fəaliyyətini araşdırmağa başlayıb - İDDİA və DƏLİLLƏR

Manşet / Araşdırma
19 Şub 2021
07:34
Ukrayna Baş Prokurorluğu Azərbaycan səfirinin fəaliyyətini araşdırmağa başlayıb - İDDİA və DƏLİLLƏR



Ukrayna Baş Prokurorluğu, işğal edilmiş Krım Muxtar Respublikasına qanunsuz səyahət etmiş, Azərbaycanın Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov barəsində araşdırma başlanılmasına qərar verib.

Ovqat.com-a bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov məlumat verib.

Onun bildirdiyinə görə, Ukrayna Baş Prokurorluğu Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti tərəfindən Qanunlara riayət edilməsinə Nəzarət Departamentinin ərazi bölmələrinə və əməliyyat və istintaq fəaliyyətinə nəzarət Şöbəsinin rəisi S.Samodluçenko da bu faktı təsdiqləyib.



Bildirildiyinə görə, Azərbaycanın Molodovadakı Səfiri Qüdsi Osmanovun 2019-cu ilin dekabrında Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasına getməsi, orada qalması, Rusiya Prezidenti V.Putinlə tədbirdə iştirak etməsi və şəkil çəkdirməsi aşkarlanmışdır.

Mənbənin bildirdiyinə görə, 11 fevral 2021-ci tarixdə Ukrayna Baş Prokuroluğu Krım Muxtar Respublikası Prokurorunun müavini N.Süleymanova əlavə olaraq tədqiqat aparılması üçün üçün xüsusi təlimat da verilib.

Daşqın Gülməmmədov saytımıza iddialarını təsdiqləyən sənədlər də təqdim etmişdir.

Maraqlıdır ki, Azərbaycan da Rusiyanın təşviqi və təşkili ilə etnik separatizmdən əziyyət çəkən ölkədir. Dağlıq Qarabağda 1988-1992-ci illər arasında 12 min, təkcə ötən il isə 3 minə qədər vətəndaşımız erməni separatizminin qurbanı olmuşdur. Bundan əlavə, I Qarabağ döyüşlərində 4500-ə yaxın insanımız əsir və girov götürülmüş, indiyədək onların taleyindən xəbər yoxdur. Separatizmin ağır nəticələrinin altından hələ də qalxa bilməyən bir ölkənin səfirinin eyni taleyi yaşayan bir başqa ölkənin suverenlik haqlarına hörmət göstərməməsinin heç cür izah edilə bilməz.

Üstəlik, hər bir səfir dövlətin elçisidir və onun atdığı istənilən addım dövlətin adına yazılır. Əgər iddialar doğrudursa, geosiyasi vəziyyətin olduqca həssas bir dövründə Azərbaycan səfirinin Rusiyanın işğalı altında bulunan Ukrayna ərazisinə səfər etməsi ölkəmizi də çətin vəziyyətə qoya bilər.

Ukrayna rəsmi dairələrinin sənədləri kimi bizə təqdim olunan dəlilləri oxucularımızla paylaşır və qarşı tərəfin də mövqeyini işıqlandıra biləcəyimizi bəyan edirik.
4.03.2021
10:45
Bakıda ev yanır