Ölümə getmək də var,ölümdən dönmək də var,amma ölümə gülümsəmək hər insana xas olan bir xüsusiyyət deyil.
Ölümə gülümsəmək...qəribə səslənsə də bu real bir hadisədir.İnsan öz ölümünə necə gülümsəyər?hər şeydən əziz olan canını mı sevməz ?yoxsa ölkəsini,illərdir işğal altında olan yurdunu hər şeydən önəmli olan canından da çox sevər?Əlbəttə ki,ölkə sevgisi candan da əzizdir.Bu sevgi hər bir əsgərimizdə,şəhidimizdə,dövlətimizi qoruyan oğullarımızda mövcuddur.Xudayar da belə oğullardan idi.Mərd,cəsur,qorxmaz,vətənpərvər...Bu siyahını hələ çox artırmaq olar.Lakin Xudayar mənə görə digər oğullarımızdan bir xüsusiyyətinə fərqlənir.Bu da onun üzündəki məğrur sevinc hissidir.Sanki öləcəyini bilir amma içini qorxu və kədər hissi almır.Əksinə ölümə addım,şəhidliyə can atır.Budur onu fərqləndirən,dastana döndürən xüsusiyyət.Simasında o qədər nur var ki,onun özündən xatirə qoyub getdiyi görüntüləri izləyərkən qürur və fəxr hissim gözyaşımın qarşısına keçir və mən də Xudayar kimi gülümsəməyə başlayıram.
Xudayarın hərbi fəaliyyəti bundan ibarət olmuşdur:
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.
Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət etmişdir. Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlamışdır. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak etmişdir.
Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq düşməni məhv etmişdir. Aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlmişdir.Rəğbət bəslədiyi şəhidlik zirvəsinə..
Şair,sorma nədən ölüm yaxşıdır?
Ölümə gülcək oğullar dastana döndü.
TƏHMİNƏ BAĞIRZADƏ