Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir

Manşet / Siyasət
19 Kas 2020
10:30
Konqres Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir
ABŞ Konqresinin Nümayəndələr Palatası Aleksey Navalnı ilə yaşanan insidentlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul edib.

Bu barədə “oxu.az” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, qətnamə tövsiyə xarakterlidir. Qanunvericilər sadəcə bu məsələdə öz mövqelərini bildirirlər və administrasiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

Lakin ABŞ hökuməti bu cür qətnamələri qəbul etməyə də bilər.