Sumqayıtda batan iki yeniyetmədən birinin meyiti tapılıb, digərinin axtarışları davam edir

Manşet / Hadisə
1 Ağu 2020
13:53
Sumqayıtda batan iki yeniyetmədən birinin meyiti tapılıb, digərinin axtarışları davam edirİyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Axin.az"a FHN-dən məlumat verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
20.01.2021
12:28
Sabahın hava proqnozu