Ötən il Gürcüstan Azərbaycana 498 milyon 709,4 min dollar dəyərində məhsul ixrac edib.
Axin.az-in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Hesabat ilində Azərbaycanın qonşu ölkənin ümumi ixracındakı payı 13,2%-ə bərabər olub. Azərbaycan 2019-cu ildə Gürcüstanın birinci əsas ixrac tərəfdaşı olub.
İllik müqayisədə Gürcüstanın Azərbaycana ixracı 0,7% azalıb.