"İndra Turkey Teknolojileri Çözümleri Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı bağlanır. Şirkət bu barədə rəsmi elan yayıb. Kreditorlar, tələblərini iki ay ərzində qeyd edilən ünvana təqdim edə bilərlər. 2015-ci ildən ölkəmizdə fəaliyyət göstərən filialın qanuni təmsilçisi Sergey Brovtsin Qoriaşko olub.