Daşınmaz əmlakın icbari sığorta bazarı 3%-dən çox böyüyüb
İqtisadiyyat
30-11-2024, 18:44
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 70 milyon 943 min manata yüksəlib.
Axın.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% və ya 2 milyon 278 min manat çoxdur.
Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 68 milyon 665 min manat daşınmaz əmlakın icbari sığorta haqqı toplanmışdı.
Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin həcmi 2 milyon 563 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 milyon 679 min manat və ya 51,1% azdır.
Ötən ilin ilk 10 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 5 milyon 242 min manat olub.