Niderland Statistika İnstitutu (Statistics Netherlands/CBS) ölkənin sentyabr ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
Ölkədə inflyasiya sentyabr ayında 1963-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Belə ki, avqustda 12 faiz olan illik inflyasiya sentyabrda 14,5-ə qalxıb. Bu, inflyasiyanın izlənməyə başlandığı 1963-cü ildən bəri müşahidə edilən ən yüksək inflyasiya kimi qeydə alınıb.
Xüsusilə enerji qiymətlərinin artması inflyasiyanın artmasında təsirli olub. Enerji qiymətləri sentyabr ayında əvvəlki ilin eyni ayına görə 200 faiz artıb.