İşğaldan azad edilən dogma Qarabağımızda – Ağdam torpağında SOCAR brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Axın.az bildirir ki, Bu barədə KONKRET.az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, bu, SOCAR-ın sayca 40-cı YDM-dir: “YDM-in istifadəyə verilməsi bu gün Qarabağda quruculuq işləri həyata keçirilən bir vaxtda nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi üçün olduqca əhəmiyyətlidir. Modul tipli məntəqədə “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək” – İbrahim Əhmədov vurğulayıb.