axin.az

SON DƏQİQƏ

Mərkəzi Bankdan vətəndaş qəbulu ilə bağlı AÇIQLAMA

7-07-2021, 12:21



Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda vətəndaşların fərdi və kollektiv şəkildə qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bankdan Axın.az-a verilən məlumata əsasən, pandemiyaya qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların yerində qəbulunun müvəqqəti təxirə salınması ilə əlaqədar olaraq onlayn şəkildə qəbul istiqamətində əlavə işlər görülüb.

Belə ki, vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “İstehlakçıların hüquqları” bölməsinə daxil olmaqla öncədən qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək “Skype” və ya “Whatsapp” vasitəsilə videoqəbulda iştirak edə bilərlər.

Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda hər hansı səbəbdən əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə, onlayn və ya yazılı şəkildə rəsmi müraciət ünvanlamaqla, həmçinin, 055 966 19 66 “Whatsapp” nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər.

Qeyd olunanlarla yanaşı, ölkəmizdə pandemiyanın geniş miqyas aldığı dövrdən etibarən Mərkəzi Bankın “966” qaynar xətti iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını təmin edib, eyni zamanda vətəndaşların onlayn qəbuluna başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA