2021-ci ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 mln. manatdan artıq vəsait daxil olub (nəzərdə tutulandan 107 mln. manat çox).
Fins.az xəbər verir ki,bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb
O bildirib ki,əlavə daxilolmanın 75,1 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır.