"Rosatom" Azərbaycanda "yaşıl" enerji layihələrini nəzərdən keçirir

İqtisadiyyat
7 Nis 2021
23:20


Rusiyanın "Rosatom" dövlət korporasiyası Azərbaycanda "yaşıl" energetika sahəsində layihələri nəzərdən keçirir.

Trend bu barədə Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinə istinadən məlumat verir.

"Rosatom"un Şərqi Avropa üzrə regional mərkəzinin direktoru Vladimir Qorn bildirib ki, korporasiyanın məhsulları "Azərbaycan 2030" sosial-iqtisadin inkişaf prioritetlərinin reallaşdırılması üçün potensiala malikdir. Bu prioritetlər arasında dayanıqlı inkişaf edən rəqabətqabiliyyətli iqtisadiyyat, rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və "yaşıl artım" mühiti yer alır.

Yaxın zamanlarda korporasiyanın təklifləri Azərbaycanın səlahiyyətli strukturlarına təqdim olunacaq.