Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil.İddia edilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.
Bununla bağlı iqtisadçı ekspert Akif Nəsirli BiG.AZ-a açıqlama verib.
"Hökümətin tənzimlədiyi qiymətlərin bahalaşması barədə fikir bildirənlər bu ilin əvvəlindən başlayan tendensiyaya əsaslanır. Yəni əvvəl bildiyiniz kimi yanacağın daha sonra suyun qiyməti qaldırıldı. Bundan əlavə neft məshullarının satış qiyməti də liberallaşdırıldı.
Hal-hazırda işıq üçün istifadə olunan xammal qaz və mazutdır. Əgər mazutun və qazın qiymıti qalxarsa işığın qiymətinin qalxması da gözləniləndir. Bununla bağlı qərarı isə təbii ki, Tarif Şurası verir.