Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib

İqtisadiyyat
3 Mar 2021
14:33


Rusiya martın 3-dən etibarən Azərbaycanın 8 müəssisəsindən alma, 19 müəssisəsindən pomidor idxalına icazə verib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bildirib.

Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.