Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb

İqtisadiyyat
20 Oca 2021
15:30




Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.

İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.