Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçu müəyyənləşib.
Axin.az Bundesliqanın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Leyptsiq"in hücumçusu Timo Verner ötən ayın ən yaxşısı seçilib. 23 yaşlı oyunçusu ardıcıl ikinci dəfə bu ada layiq görülüb.
Qeyd edək ki, T.Verner dekabrda Bundesliqada 4 matçda 5 qol vurub, 1 qolun ötürməsini verib.