Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde “Atletiko” ilə Superkubok qarşılaşmasının ən dəyərli oyunçusu seçilib.
Axin.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının “Twitter” hesabı paylaşım edib.
21 yaşlı futbolçu “Kral klubu”nun əsas heyətində meydana çıxıb və 115-ci dəqiqədə Alvaro Morataya qarşı kobudluğa görə qırmızı vərəqə görüb.