"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi Rusiyanın "Rubin" klubundan Umarali Raxmonaliyevi icarəyə götürüb. 21 yaşlı özbəkistanlı yarımmüdafiəçi bir illik müqavilə əsasında "Sabah"ın uğurları üçün mübarizə aparacaq.
Xatırladaq ki, Umarali Raxmonaliyev 2023-cü ildən etibarən "Rubin" klubunda çıxış edirdi.