"Beşiktaş" Ansu Fatini Transfer Siyahısına Daxil Etdi
İdman
28-01-2025, 16:59
"Beşiktaş" İspaniyanın gənc futbolçusu Ansu Fatini heyətinə qatmaq üçün təklif irəli sürüb.
2020-ci ildə 80 milyon avro dəyərində qiymətləndirilən Ansu Fati, zədələr səbəbindən gözlənilən performansı nümayiş etdirə bilməyib və buna görə də klubu onu transfer siyahısına daxil edib. "Beşiktaş" futbolçunu birdəfəlik transfer şərti ilə icarəyə götürmək niyyətindədir.
Mövsüm arası transfer dövründə "Beşiktaş"ın əsas hədəfi cinah forvardı mövqeyidir. Komandanın hücum xəttindəki oyunçularının mövsüm ərzində göstərdiyi performans rəhbərliyi bu mövqeyə xüsusi diqqət yetirməyə vadar edib.
Eyni zamanda, Ansu Fatinin başqa klubların da diqqət mərkəzində olduğu qeyd edilir. Bu klublardan biri kimi Türkiyənin digər bir nəhəngi də onunla maraqlanır. Gənc futbolçunun "Barselona" ilə müqaviləsi isə 2027-ci ildə başa çatır.