"Birmingem Siti"nin keçmiş baş məşqçisi, hazırda İtaliya C Seriyasında “Triestina”nı çalışdıran Pep Klotet futbolçusu ilə insident yaşayıb.
Axın.az xəbər verir ki, italiyalı mütəxəssis "Cana Erminio" ilə matçda meydandan qovulan Raymonds Krollisə hücum çəkib.
"Triestina"nın azlıqda qalması çalışdırıcının kəskin narazılığına səbəb olub. Məşqçi meydanı tərk edən futbolçunu itələyib və yaxasından tutaraq silkələyib.
Qarşılaşmanın sonunda “Triestina” 0:1 hesabı ilə məğlub olub.