XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev “Şöhrət” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov və cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautmana "Şöhrət" ordeni verilib.
Hidayət Heydərov və Zelim Kotsoievə 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən), onların məşqçilərinə isə 300 min manat (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) veriləcək.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Axın.az