"Neftçi" klubu loqosunu dəyişib.
Axın.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klubun yeni loqo ənənəvi ağ-qara fonda hazırlanıb və ilk emblemin konturlarından, klubun adının baş hərfindən və neft buruqlarından istifadə edilib.
Qeyd edək ki, klubun loqosunu dəyişməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.