İngiltərə Premyer Liqasının 31-ci turunun "Çelsi" - "Mançester Yunayted" matçından (4:3) sonra gərgin anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.
Mənbə London təmsilçisinin yarımmüdafiəçisi Entso Fernandesin "Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Meyson Mauntla mübahisə tdiyini bildirib. Xəbərə görə, final fitindən sonra Entso Mounta qışqırıb: “Bu, “Çelsi”dir! Sən isə qorxaq və toyuqsan!”
Xatırladaq ki, Mount “Mançester Yunayted”ə ötən yay "Çelsi"dən keçib.