Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” - “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.
“Neftçi” - “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” - “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.
Qeyd edək ki, “Qarabağ” azarkeşləri “Neftçi”nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər.