Madrid Real-ın yeni transferi Arda Gülər zədələnib
İdman
31-07-2023, 13:29
Xəbər verdiyimiz kimi, Madrid "Real"ının yeni transferi Arda Gülər zədələnib.
Sağ ayaq əzələsindən zədə alan türkiyəli ulduz uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
18 yaşlı futbolçu ilə bağlı daha bir məlumat yayılıb. "Mundo Deportivo"nun xəbərinə görə, əgər Arda əməliyyat olunsa, "Real" onun müqaviləsini ləğv edə bilər.
Bildirək ki, o, "kral klubu" ilə 2029-cu ilədək sözləşmə imzalayıb.