Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Axın.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçiriləcək.
Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”lə, Finlandiyada isə HİK və Norveç “Molde”si münasibətlərinə aydınlıq gətirəcəklər.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiyada Qazaxıstanın “Astana” klubunu qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.