Konfrans Liqasında “Neftçi”nin daha bir potensial rəqibi müəyyənləşdi

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi”nin daha bir potensial rəqibi dəqiqləşib.
İsveçin “Kalmar” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “ağ-qaralar”ın mümkün rəqibləri sırasına düşüb.
Buna ölkə kubokunun finalında “Hekken”in “Myölbi”ni 4:1 hesabı ilə məğlub etməsi səbəb olub. Nəticədə 2022 mövsümündə turnir cədvəlini 4-cü sırada bitirən “Kalmar” avrokubokda iştirak hüququ qazanıb. Komanda püşkatmaya aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən qatılacaq.
Qeyd edək ki, daha əvvəl “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Ordabasi”, “Aktobe” (hər ikisi Qazaxıstan) və “Auda”nın (Latviya) “Neftçi”nin potensial rəqibləri olduğu dəqiqləşib.
Axın.az