Konfrans Liqası: “Neftçi” və “Sabah”ın aqibəti məlum oldu
İdman
16-05-2023, 10:30
Azərbaycan klublarının 2023/24 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.
Axın.az Oxu.Az-a istinadən xəbər verir ki, “Neftçi” güclülərin yer aldığı səpələnmişlər səbətində yer alacaq. İlk dəfə avrokuboklarda çıxış edəcək “Sabah”, eləcə də ölkə kubokunun sahibi, yaxud Premyer Liqada 4-cü yeri tutacaq komanda isə səpələnməmişlər sırasında olacaqlar.
Ümumilikdə II təsnifat mərhələsində 90 komandanın iştirakı ilə 45 cütlük formalaşacaq. Hazırda 21 komandanın iştirakı dəqiqləşib. Onlardan 12-si güclülər, 8-i zəiflər sırasındadır. Yalnız bir komandanın səbəti dəqiqləşməyib.