İngiltərə Premyer Liqasında 20-ci tura start verilib
İdman
22-01-2023, 13:16
Yanvarın 21-də İngiltərə Premyer Liqasında 20-ci turun oyunlarına start verilib.
Axın.azxəbər verir ki, günü mərkəzi matçı Liverpulda keçirilib. “Çelsi” ilə qarşılaşan “Mersisaydlılar” növbəti dəfə xal itkisinə məruz qalıblar. Belə ki, matçda qolsuz heç-heçə qeydə alınıb. Günün digər matçlarında isə aşağıldakıə nəticələr qeydə alınıb: “Bornmut” – “Nottingem” – 1:1 “Lester” – “Brayton” – 2:2 “Sauthempton” – “Aston Villa” – 0:1 “Vest-Hem” – “Everton” – 2:0 “Kristal Pelas” – “Nyukasl” – 0:0 Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 47 xalla “Arsenal” başçılıq edir. Ondan 5 xal geri qalan “Mançester Siti” ikinci, 39 xalı olan “Nyukasl” isə üçüncü pillələrdə qərarlaşıblar.