Bakıda kişi futbol oynayarkən ÖLDÜ

76 1-10-2022, 17:45 İdman

\

Bakıda futbol oyunu zamanı ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən “Sərhədçi” İdman Kompleksində olub.

Orada futbol oynayan paytaxt sakini, 34 yaşlı Nurlan Bağıyev qəfil ölüb. Onun ürəktutmasından öldüyü bildirilir.

Faktla Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ