“Nant”ın qapıçısı: “Qarabağ”la oyunda harada səhv etdiyimizi bilirik”

39 1-10-2022, 14:00 İdman



“Bu matçlarda harada səhv etdiyimizi bilirik”.

“Report”un məlumatına görə, bunu “Nant”ın qapıçısı Alban Lyafon Fransa Liqa 1-də “Loryan”a 2:3, UEFA Avropa Liqasının qrup mərhələsində isə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyunlar barədə danışarkən deyib.

23 yaşlı qolkiper hər iki qarşılaşmada çox qol buraxdıqlarını xatırladıb:

“Bu, müəyyən passivlikdən irəli gəlir. Müdafiədə bəzi aparıcı oyunçularımız yox idi. Hər şey ilk növbədə məndən başlayır. Müdafiə xəttinə daha çox kömək etməliyəm. Mövsüm yalnız ev matçlarından ibarət deyil. Səfərdə də qələbə qazanmağı bacarmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

XƏBƏR LENTİ