Fransanın Marsel klubunda çıxış edən Cengiz Ünder Türkiyə millisinin heyətindən çıxarılıb.
2022-ci ilin Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin G qrupunda Cəbəllütariq və Monteneqro ilə oyunlar üçün hazırlıqlara başlayıb.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, aparılan tibbi yoxlanış zamanı Cengiz Ünderin sağ ayaq əzələsində zədə üzə çıxıb. Buna görə o heyətdən kənarlaşdırılıb.
Onun yerinə “Qalatasaray”ın gənc ulduzu Barış Alper Yılmaz milliyə çağırılıb.