“Qarabağ” “Neftçi”yə futbol dərsi keçdi - VİDEO



Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

İlk oyun günündə iki matç keçirilib. Əvvəlcə “Zirə” “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Turun mərkəzi matçında isə lider “Qarabağ” doğma meydanda son çempion “Neftçi” ilə qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib. Bununla da xallarının sayını 20-yə yüksəldən Ağdam klubu vahid lider olub.

“Qarabağ” – “Neftçi” - 4:0

Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”

“Zirə” – “Keşlə” - 2:0

Qol: Loris Broqno, 17, Ağabala Ramazanov, 42

Qırmızı vərəqə: Tural Axundov, 90+4 ("Keşlə")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu

Bizimlə əlaqə saxlayın