axin.az

SON DƏQİQƏ

Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı

13-10-2021, 13:09



Futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.

Axın.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına ikinci dəfə yol tapmaqla bu il yığmanın heyətində beşinci dəfə adını tabloya yazdırıb.

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.

Səbuhi Musayev


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA