axin.az

SON DƏQİQƏ

Futbol millimizə texniki məğlubiyyət verilə bilər

9-10-2021, 15:18



Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

Axın.az xəbər verir ki, bu addım yığmanın heyətində 3 futbolçunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxması ilə bağlı atılıb.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, milli assosiasiyanın Texniki departamentinin verdiyi rəy, komandanın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qarşılıqlı razılaşma əsasında seçmə mərhələdə çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən milliyə Norveç, Belçika və Lüksemburqla oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Qeyd edək ki, hazırda Belçikada olan Azərbaycan millisinin koronavirusa yoluxmuş üzvləri olduqları ölkənin daxili qanunları nəzərə alınaraq, qaldıqları hoteldə karantin rejimindədirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA