axin.az

SON DƏQİQƏ

Ronaldu “Mançester Yunayted”in baş məşqçisi olmağa hazırlaşır

28-09-2021, 10:52



Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra “qırmızı şeytanlar”ın gənclər komandasının baş məşqçisi olmaq istəyir.

Mənbə yazır ki, bu iş Ronalduya həm də “qırmızı şeytanlar”ın düşərgəsində məşqlərə başlayan oğlu, balaca Ronaldunun uğurlarını şəxsən müşahidə etməyə imkan verəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı üç oyunun hamısında bir dəfə qol vurmağı bacarıb.

Həmçinin K. Ronaldunun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir və bir il daha uzadılması mümkündür.

Mənbə: “The Sun”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Kasım 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA