axin.az

SON DƏQİQƏ

Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi

18-09-2021, 16:15



Həbib Nurməhəmmədov azərbaycanlı MMA idmançısı Nəriman Abbasovu təbrik edib.

Axın.az-ın xəbərinə görə, o, yeznəsi Şamil Zavurovu dünən nokauta salan Nərimana nə vaxt lazım olsa, kömək edə biləcəyini bildirib:

“Nəriman Abbasovu səmimi qəlbdən təbrik edirəm, bu, idmandır və ən başlıcası hörmətdir. Sənə uğurlar arzulayıram, qardaş. Sən və komandanda olanlar çox layiqli insanlarsınız. Mənim köməyimə ehtiyacınız olarsa, hər zaman sizə kömək etməkdən məmnun olaram. Allah sizi qorusun”.

Qeyd edək ki, dünən Nəriman Abbasov karyerasının sonuncu döyüşünü keçirən Şamil Zavurovu elə birinci raundda nokauta salaraq kəmərə sahib çıxıb.

Səbuhi Musayev


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA