axin.az

SON DƏQİQƏ

Türkiyə millisinə almaniyalı məşqçi rəhbərlik edə bilər

14-09-2021, 19:25



Almaniyalı futbol mütəxəssisi Ştefan Kuntz Türkiyə millisinin baş məşqçisi ola bilər.

Almaniyanın U-21 komandasını çalışdıran və bir müddət “Beşiktaş”ın forması geyinmiş təcrübəli almaniyalı məşqçi İstanbula səfər edib.

58 yaşlı Ş.Kuntzla bağlı son qərar bu gün Türkiyə Futbol Federasiyası tərəfindən veriləcək.

Türkiyənin ali futbol qurumunun Direktorlar Şurası vahid fikrə gələcəksə Ş.Kuntzla rəsmi müqavilə imzalanacaq.

Bundan əlavə qeyd olunur ki, əgər Kuntz Türkiyə millisinin sükanı arxasına keçəcəksə təcrübəli məşçinin köməkçilərindən biri türkiyəli olacaq.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA