axin.az

SON DƏQİQƏ

Azərbaycanlı Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

14-09-2021, 18:50



Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib.

Axın.az xəbər verir ki, o, yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.

Türkiyənin İstanbul şəhərində baş tutan ATB-nin növbəti Baş Assambleyasında birliyin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb.

Qeyd edək ki, İdarə Heyətinin üzvü 14 nəfərdən ibarət olur. Assambleyanın yekununa əsasən, növbəti dörd il yunanıstanlı Sakis Praqalos ATB-nin prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA