axin.az

SON DƏQİQƏ

Ronaldu, yoxsa Messi? Premyer Liqa müdafiəçiləri söz savaşına çıxdı

14-09-2021, 11:45



“Liverpul”un keçmiş oyunçusu Ceymi Karreger “Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevillə bütün zamanların ən yaxşı oyunçuları haqqında müzakirə aparıb.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Kriştianu Ronaldunu bütün zamanların ən böyük futbolçusu adlandırıb və Lionel Messidən daha bacarıqlı bir oyunçu olduğunu deyib.

Karreger isə onunla razılaşmayıb:

“Siz müxtəlif üsullarla vurulan qollardan danışırsınız. Topun tora necə dəyməsinin əhəmiyyəti yoxdur. Qolun başla vurulması və ya cərimə zərbəsindən vurulmasının fərqi yoxdur. Messi Ronaldudan daha yaxşı qol statistikasına malikdir”, - deyə o bildirib.

“Liverpul”un keçmiş oyunçusu, Messinin həm də “pleymeyker” olduğunu vurğulayıb.

“Messi oyunu apara bilər, Ronaldu isə yox. Əlbəttə, bu tənqid deyil. Ancaq Ronaldu dəqiq bütün zamanların ən yaxşı futbolçusu deyil. Messinin bütün qolları sol ayağı ilə vurması o qədər də əhəmiyyətli deyil. Statistika bunun çox hallarda qolla nəticələndiyini sübut edir”.

“İki böyük futbolçu. Bütün xüsusiyyətlərə görə Ronaldu daha yaxşı oyunçudur. O, Messinin edə bilmədiyini bacarır: İşlənməyən ayağı ilə oynamaq, yaxud “ikinci mərtəbədə” oynamaq baxımından. Ancaq Messi gözlərinizə inanmayacağınız şeyləri edə bilər. Ronaldu başqalarının bacardığını edir, Messi isə həyatınızda bir daha şahidi olmayacağınız bacarıqları göstərir”, - deyə Karraqer bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA