axin.az

SON DƏQİQƏ

Ronaldu: “Rekordu bu qədər uzun müddət saxlaya bildiyi üçün Əlini təbrik edirəm”

2-09-2021, 10:46



Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol üzrə milli komandalar tarixində ən çox qol vuran oyunçu kimi tarixə düşüb.

O, İrlandiya ilə qarşılaşmada (2:1) karyerası ərzində 109 qol vuran iranlı hücumçu Əli Daeiyənin rekordunu geridə qoyub.

Yığmanın heyətində 111 qol vuran Ronaldu “Instagram” səhifəsində öz nəticəsini belə şərh edib:

“Danışmağa söz tapa bilmirəm! Sevinc içindəyəm. Bu heyrətamiz bir hissdir. İrəli, Portuqaliya!”.

Hücumçu, karyerasında bir çox yüksək uğurlara imza atdığını, lakin bu göstəricinin onun üçün xüsusi olduğunu vurğulayıb.

“Birincisi ona görə ki, öz ölkəsini təmsil etmək xüsusi bir hissdir və sən bütün dünyaya portuqaliyalıların nəyə qadir olduğunu göstərirsən. İkincisi, milli komanda yarışları mənə həmişə çox güclü təsir edib. Kumirlərimin hər yay Avropa və Dünya Çempionatında təmsil etdikləri ölkə üçün oynadıqlarını seyr edərək böyümüşəm.

Portuqaliyalı ulduz qazandığı müvəffəqiyyəti indiki qədər yüksək qiymətləndirməyinin başqa bir səbəbini də Əli Daeiyənin imza atdığı yüksək standartla bağlı olduğunu bildirib:

“Ali Daei standartı o qədər yüksək səviyyəyə qoymuşdu ki, hətta bəzən bu nəticəni heç vaxt ötə bilməyəcəmi düşünürdüm. Rekordu bu qədər uzun müddət saxlaya bildiyi üçün Əlini təbrik edirəm.

Təşəkkürlər Portuqaliya. Bu səyahəti unudulmaz hala gətirdikləri üçün bütün komanda yoldaşlarıma və rəqiblərə təşəkkür edirəm. Gəlin önümüzdəki illərdə də meydanda oyunlarımızı davam etdirək! Mən hələ qol hesabımı bağlamıram”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Kasım 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA